Zəmanət Şərtləri
Zəmanət satılmış malların zəmanət müddəti ərzində pulsuz təmiri deməkdir. Zəmanət təmirinə yalnız istehsalçının günahından baç vermiş defektlər aid edilir. Defektin istehsalçı tərəfindən olub olmaması yalnız Ekspertlər tərəfindən təsdiq edilə bilər.
Zəmanət müddəti məhsulu aldıqda seçdiyiniz müddətdir.
Zəmanət müddəti malın satıldığı gündən hesablanır. Zəmanət müddəti bitmiş və ya zəmanət şərtlərinə uyğun olmayan malların təmiri Virtualmaqazin tariflərinə uyğun olaraq pullu şəkildə aparılır.
Malların təmiri 14 gün ərzində həyata keçirilir.Məhsul satıcıya poçt ilə göndərilməlidir. Lazımi hissənin olmadığı təqdirdə onun istehsalçıya sifarişi və gətirilməsi müddəti nəzərə alınmaqla təmirin müddəti 90günədək uzadıla bilər.
Malın zəmanət müddəti onun təmirdə olduğu müddətə uyğun olaraq
uzadılır.Zəmanət təmiri servis mərkəzində həyata keçirilir, Satıcı mağazaların ustaları malın yerləşdiyi əraziyə getməli
deyillər.
A.Satılan mallar yalnız aşağıdakı şərtlərə cavab verdikdə zəmanət təmirinə qəbul edilir.
1. Mehsul Plombu yerinde olmalı
2. Zəmanət müddətinin bitməməsi
B. Aşağıdakı hallarda mallar zəmanət təmirinə qəbul edilmir:
1. VirtualMaqazin mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən təmirə cəhd edilmişdirsə.
2. Zərbə,itələmə,yerə düşmə, daxilinə kənar cismin və ya mayenin
düşməsi, və digər bunlar kimi xarici təsir nəticəsində yaranmış xarici
və ya daxili mexaniki zədənin olması halında.
3. Gərginlik sıçrayışları və ya onun həddən artıq və ya aşağı olması
nəticəsində yaranan defektlər zaman. Qeyri-stabil işləyən elektrik
şəbəkələrinə qoşulması halında istehsalçılar inadla stabilləşdirici
aparatlar istifadə etməyi məsləhət görür!
Diqqət: Aşağı gərginliklərdə soyuducuların və kondisionerlərin kompressorlarınınn sınmaq ehtimalı vardır!
4.Əgər malın elektrik qida bloku sıradan çıxmışsa və ya onun içində xarablıq aşkar edilirsə.
5. Audio və video başlıqlarının( lazer tiplilərdən başqa) sıradan
çıxması halında.Onların təmizlənməsi zəmanət daxil edilmir və pulludur.
6.Malın istifadə qaydaları pozulduqda. Məişət texnikası istehsalatda istifadə olunduqda.Mehsul sixıldıqda,eyildikde.
7.Telefon və ya hər hansı məhsulun sensor və ya ekranı sındıqda
8.Telefon Və ya digər Sistemlı,planşet,komputerlerin sistemi pozulduqda və ya virus düşdükdə.
9.Telefon,planşet və ya komputer format olunduqdan sonra yaranan probremlərə.
Zəmanet Verilməyən hissələr və ya cihazlar
1:Adaptor
2:Batareya və ya powerbank
3:Usb Kabel
4:Usb keçirici hissə
5:Oyuncaq
6:Mp3 playerler