Sifarişin Qorunması
VirtualMaqazin Sifariş Qorunması VirtualMaqazin-də etdiyiniz hər əməliyyatın tamamilə etibarlı olduğuna zəmanətimizdir. VirtualMaqazin Sifariş Qorunması 5 hissədən ibarətdir ::
1. Məxfilik
Kredit kartınızın məlumatlarının üzə çıxacağından qorxmadan etibarlı şəkildə onlayn ödəyin.
2. Ödənişin Qorunması
Sizin ödənişinizi satıcı məhsul sizə çatdıqdan sonra əldə edə bilir. Ödənişiniz satıcıya yalnız satın aldığınız məhsulun qənaətbəxş şərtini təsdiqlədikdən sonra verilir. İstədiyiniz zaman çatdırılma məlumatlarını da izləyə bilərsiniz.
3. Çatdırılmanın Qorunması
Əgər göstərilən çatdırılma müddəti (maksimum 60 gün) ərzində sifariş etdiyiniz məhsul sizə çatmazsa,sizə pulunuzu tam geri qaytarma və ya məhsulu yenidən göndərmə təklif ediləcəkdir. Əgər məhsulunuz sizin nəzarət edə biləcəyiniz hallara görə çatmayıbsa və ya alıcı və satıcınıb nəzarətindən kənar hallara baş veribsə (Məsəl üçün: gömrük rəsmiləşdirilməsindən imtina edilməsi və ya təbii fəlakətlər üzündən) tam məbləğ pul geri qaytarılmayacaqdır.
4. Məhsulun Orijinal olması
VirtualMaqazin -də bəzi Brend olan məhsulların orijinal olmasına satıcılar tərəfindən zəmanət verilir və VirtualMaqazin tərəfindən daimi yoxlanılır. Satılmış məhsulların saxta olduğu aşkar edilərsə və bu məhsulun saxta olduğu barədə əvvəlcədən alıcıya bildirilməzsə, satıcı alıcını həmin məhsullar üçün ödədiyi ümumi məbləğdən 2 (iki) qatın ödəməklə kompensasiya edəcəkdir (göndərmə xərcləri xaric). VirtualMaqazin alıcının ödədiyi pulu da tam olaraq geri qaytaracaq.
5. Pulu Geri Alma Zəmanətinın Qorunması
VirtualMaqazində apardığınız əməliyyatlar zamanı naraçılığınız olsa və alıçı sizi aldatmağ istəsə support@virtualmaqazin.com email unvanına yaza bilərsiniz və VirtualMaqazin hərtərəfli sizi müdafiə edəcək və pulunuzu geri göndərəcəkdir.
**VirtualMaqazinin nəzarəti xaricində olan müstəsna hallarda, aldığınız məhsul üçün göstərilən çatdırılma vaxtından daha gözləməyi xahiş etmək hüququmuzu saxlayırıq.
Mən nə vaxt VirtualMaqazin Sifariş Qorunması ilə qorunuram?
Sifariş etdiyiniz məhsul gəlmədikdə.
Aldığınız əşya təsvir edildiyi kimi olmadıqda.
Aldığınız əşyanın orijinal olduğun yazılmış və saxta məhsul sizə göndərdikdə.
Mənim Sifarişlərim Nə Vaxt Qorunur?
VirtualMaqazin-də edilən hər bir ödəniş Sifariş Qorunması ilə qorunur.
VirtualMaqazin-də hansı ödəniş üsulları qəbul edilir?
Visa
MasterCard
AmericanExpress
ApplePay
GooglePay
Bank Köçürməsi
VirtualMaqazin-də gələcəkdə daha çox ödəniş üsulları mövcud olacaq. VirtualMaqazində olunmayan hər hansı bir ödəniş VirtualMaqazin tərəfindən qorunmur. Satıcı VirtualMaqazin-dən kənarda ödəniş etməyinizi istəsə, dərhal bizə bildirin.
VirtualMaqazin Sifariş Qorunması ilə satıcılarla mübahisələri ən qısa müddətdə həll edə bilərsiniz.
Satıcı ilə danışıqlar nəticə vermirsə VirtualMaqazin ilə əlaqə saxlayın.